RU

Tramp-Zelenski “dueli”: Baş nazir özünü narahat hiss edib

BBC Böyük Britaniyanın Baş naziri Kir Starmerdən Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçən həftə Ağ Evdə baş verən qızğın fikir mübadiləsi barədə soruşub.

O etiraf edib ki, Ağ Evdəki qalmaqala baxanda özünü narahat hiss edib.

“Cebheinfo.az” xəbər verir ki, onun sözlərinə görə, əsas diqqət Ukraynada Avropanın təhlükəsizliyi üçün zəruri olan “davamlı sülhə” yönəlməlidir. Baş nazir Tramp və Zelenski arasında yaranan mübahisə ilə bağlı suala “Heç kim bunu görmək istəməz” deyib, sonra  isə Tramp və Zelenski ilə telefonla danışdığını söyləyib.

O, bu danışıqların təfərrüatına varmayıb, lakin bildirib ki, məqsəd gərginliyi aradan qaldırmaq və uzunmüddətli perspektivdə döyüşləri dayandırmaq üçün hər kəsi Ukraynaya dəstək kimi mərkəzi diqqət mərkəzinə qaytarmaqdır.

Yada salaq ki, fevralın 28-də danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri arasında mübahisə düşüb, onlar yüksək tonda danışmağa başlayıblar. Tramp Zelenskini nankorluqda ittiham edib. Mübahisəyə ABŞ-nin vitse-prezidenti də qoşulub.

Tramp daha sonra Zelenskinin sülhə hazır olmadığını bildirib.

Qısa müddət sonra Tramp və Zelenskinin mətbuat konfransı ləğv edilib və mineralllarla bağlı sövdələşmə təxirə salınıb. Qalmaqallı danışıqlardan sonra Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinə Ağ Evi tərk etmək əmri verilib.

Daha sonra ABŞ-nin dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində bildirib ki, Ukrayna Prezidenti ABŞ Prezidentindən üzr istəməlidir. Eyni zamanda, Ukrayna prezidenti “Fox News” telekanalına müsahibəsində Donald Trampdan üzr istəməyi lazım saymadığını bildirib.

Избранный
165
33
cebheinfo.az

10Источники