Biləsuvarda 41 yaşlı şəxs of tüfəngindən açılan atəş nəticəsində yaralanıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, martın 2-də, saat 12:45-də Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.
Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.