RU

"Qalatasaray"ın futbolçusu oyun zamanı yatıb - FOTO

"Qalatasaray"ın futbolçusu Davinson Sançes Türkiyə kubokunun 3-cü turunda "Konyaspor"la oyunda diqqət mərkəzinə düşüb.

Ölkə.az xəbər verir ki, bütün matç ərzində ehtiyat oyunçular skamyasında əyləşən kolumbiyalı müdafiəçi ilk hissənin sonlarında yuxulayıb.   

Epizod rejissorların gözündən qaçmayıb. Görüntü internetdə də yayılıb.

Oyun qolsuz başa çatıb və "Qaralatasaray" 1/4 finala yüksəlib.

Qeyd edək ki, Davinson Sançes daha əvvəl "Tottenhem" və "Ayaks"da da çıxış edib. (QOL.az)

Избранный
24
4
olke.az

4Источники