ABŞ-ın MLS liqasının 2-ci həftəsində "Çarlotte" doğma meydanda "Atlanta Yunayted"i 2:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray"dan "Çarlotte"yə transfer olunan Uilfrid Zaha komandasının ikinci qolunu vuraraq qələbədə pay sahibi olub.
Maraqlı anlardan biri isə "Çarlotte" azarkeşlərinin Zahaya etdiyi jest olub. İlk qolunu vuran və oyunun ən yaxşısı seçilən futbolçuya klubun rəmzi olan tac geyindirilib.