RU

Joze Mourinyo “Qalatasaray”a qarşı məhkəmə iddiası qaldırdı

“Fənərbağça”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo Türkiyə nəhəngi “Qalatasaraya” qarşı məhkəmə iddiası qaldırıb.

Arena.az bu barədə “Fənərbağça”nın rəsmi saytına istinadən məlumat verir.

Bildirilir ki, “Mour” “Qalatasaray”ın onu irqi zəmində təhqirdə ittiham etməsi ilə yaşadığı mənəvi ziyan müqabilində təzminat haqqı almaq niyyətindədir.

Cənab Joze 1,907 milyon türk lirəsi (50 min avro) məbləğində təzminat haqqı almaq tələbindədir.

Daha əvvəl, 62 Joze Mourinyonun dörd oyunluq cəza alması haqda məlumat yayılıb. “Mour” “Qalatasaray”ın ünvanına səsləndirdiyi irqi zəmində ifadələrə görə iki oyunluq, həmçinin “Qalatasaray”la oyunda görüşün hakimi Slavko Vinçiçin hakimlər briqadasının dördüncü hakimini təhqir etdiyinə görə isə daha iki oyunluq cəza ilə üzləşib.

Xatırladaq ki, Türkiyə Super Liqasının 25-ci turunda “Qalatasaray”la İstanbul derbisindən (0:0) sonra, rəqib düşərgə “Mour”u irqçilikdə ittiham edib. “Qalatasaray”ın mətbuat xidməti bildirib ki, oyundan sonra “Mour”, oyun məqamlarından birində “Qalatasaray”ın bütün təmsilçiləri “skamya üzərində meymunlar kimi atılıb-düşürdülər” ifadəsini işlədib. Türkiyə nəhəngi portuqal mütəxəssisi məhkəmə ilə hədələyib.

Bu məsələdə rəsmi mövqeyini açıqlamış “Fənərbağça” məşqçisini müdafiə edərək, Mourinyonun sözlərinin məzmundan çıxarılaraq təhrif edildiyini car çəkib.

24 turdan sonra “Qalatasaray” Türkiyə Super Liqasının yarış cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 58 xalla 2-ci pillədə qərarlaşıb.

Избранный
28
arena.az

1Источники