Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər. Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman Türkiyənin Antakya şəhərində çıxışı zamanı deyib. O bildirib ki, 2027-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçiriləcək. H.Yaymanın sözlərinə görə, başqa namizədə ehtiyac yoxdur. Türkiyə konstitusiyasına görə, seçkinin keçiriləcəyi 2028-ci ildə o, artıq prezidentliyə namizəd ola bilməyəcək, lakin növbədənkənar seçki olacağı təqdirdə bu hüquqa sahib olacaq.