İsmayıllıda 18 yaşlı oğlan ölü tapılıb. Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb. Kirayədə yaşayan Ağdam rayon sakini, 2007-ci il təvəllüdlü Əliyev Rahib Elnur oğlu yaşadığı evin hamamında ölüb tapılıb. Ölümün səbəbi hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.