ABŞ administrasiyası dəfələrlə Kiyevə izah edib ki, o, əvvəlcə Ukraynada sülhü bərqərar etməyi, sonra isə təhlükəsizlik təminatlarını müzakirə etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio “ABC News”a müsahibəsində bildirib.
"Hamı sülhü təmin etmək üçün təhlükəsizlik təminatlarından danışır. Amma ilk növbədə sülh bərqərar olmalıdır. Biz sülhün mümkün olub-olmadığını belə bilmirik və ukraynalılar bunu başa düşüblər. Bu onlara dəfələrlə izah edilib", - o deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”