RU

"Əl Nəsr" Ronaldonu Çempionlar Liqası matçına götürmədi

Ulduz hücumçu Kriştiano Ronaldo "Əl Nəsr"in heyətində Asiya Çempionlar Liqası çərçivəsində səfərdə "İstiqlal"la görüşdə oynamayacaq.

90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı hücumçu oyun üçün heyətdən kənarda qalıb.

Təhlükəsizlik rəsmiləri Kriştianoya böyük azarkeş kütləsinin qarşısını almaq üçün Tehrandakı matçı buraxmağı tövsiyə ediblər.

Ronaldonun İran paytaxtına əvvəlki səfəri zamanı küçələrdə kütləvi iğtişaşlar yaşanmışdı.

"İstiqlal" - "Əl-Nəsr" matçı martın 3-də keçiriləcək.

Избранный
32
90deqiqe.az

1Источники