RU

La Liqa: “Barselona” darmadağınla yenidən liderliyə yüksəlib

Bakı, 2 mart, AZƏRTAC

İspaniya La Liqasında XXVI turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Barselona" doğma meydanda "Real Sosyedad"ı qəbul edib. Görüş ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 57-yə çatdıran Kataloniya klubu turnir cədvəlində liderliyə yüksəlib. "Atletiko Madrid" isə 56 xalla 2-ci sıraya enib.

Qonaqlar 34 xalla 9-cu yerdədir.

Избранный
65
3
azertag.az

5Источники