ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton Almaniyanın Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokundan kansler vəzifəsinə namizəd Fridrix Merzin Avropanın ABŞ-dan müstəqilliyinin zəruriliyi ilə bağlı bəyanatlarını kəskin tənqid edib və bildirib ki, bu cür sözlər ABŞ prezidenti Donald Trampa NATO-dan çıxmaq üçün yaşıl işıq yandırır.
“İki sahil”in “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, Bolton hesab edir ki, Birləşmiş Ştatlar Şimali Atlantika Alyansını tərk edərsə, Avropa dövlətləri öz müdafiələrini təmin etməli olacaqlar və maliyyə ehtiyacları praktiki olaraq ölçülməz olacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”