Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülən Ukrayna münaqişəsinin həlli planı Rusiyaya qarşı qeyri-mümkün tələblərdən ibarət olacaq.
“İki sahil” xəbər verir ki, bu fikri rusiyalı senator Aleksey Puşkov deyib.
“Makron və Starmerin sülh planı Moskva və Vaşinqton arasında Ukrayna üzrə mümkün razılaşmanın əksi kimi planlaşdırılır”, o, Fransa-Britaniya təşəbbüsünü şərh edib.
Puşkovun fikrincə, bu antiteziyanın mərkəzində Rusiyaya qarşı mənasız və real olmayan tələblər toplusu dayanacaq.
Senator hər iki liderin öz planlarını həyata keçirməyə qərar vermələrinin səbəbi kimi onların siyasi ambisiyalarını göstərib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”