“Avropa Ukraynaya silah tədarükünü davam etdirəcək”.
Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın baş naziri Starmer bu barədə Londonda keçirilən sammitin yekunlarına dair açıqlamasında danışıb.
O, həmçinin Avropanın sülh prosesində iştirakını, o cümlədən Ukraynadakı sülhməramlıları “yerdə çəkmələr, göydə təyyarələr” formatında elan edib.
Bundan əlavə, Britaniya Ukraynaya hava hücumundan müdafiə sistemlərinin raketləri üçün əlavə 1,6 milyard dollar ayıracaq.
Starmer deyib ki, Britaniya və Fransa döyüşləri dayandırmaq üçün plan hazırlayacaqlar. O, ABŞ-ın dəstəyi olmadan bunun mümkün olmadığını da bildirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта