RU

Biləsuvarda silahlı insident: polis hərəkətə keçdi VİDEO

Biləsuvarda 42 yaşlı şəxs odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə günorta saatlarında baş verib. Rayon sakini 30 yaşlı Raul Quliyev əvvəlcə həmyerlisi, 42 yaşlı Elməddin Cəfərovla kafedə mübahisə edib. Sonra isə evə qayıdaraq oradan odlu silah götürməsinə və Raul Quliyevə atəş açmasına əsaslı şübhəli müəyyən edilib. Yaralı kişi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə barədə polisə də məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin cənub regional qrupundan "Xəzər Xəbər"ə verilən məlumata görə, hadisədə şübhəli bilinən şəxs saxlanıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır. 

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
21
1
xezerxeber.az

2Источники