RU

“Nələrsə dəyişməlidir”

Ukrayna prezidenti Vladimir Zelenski özünə gəlməli və minnətdarlıqla ABŞ ilə danışıqlara qayıtmalıdır – yaxud bunu Ukrayna adından başqa biri etməlidir.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson NBC News-a müsahibəsində bildirib.

“Nələrsə dəyişməlidir: ya Zelenski özünə gəlməli, minnətdarlıqla danışıqlar masasına qayıtmalıdır, ya da bunu etmək təşəbbüsünü başqa biri öz üzərinə götürməlidir. Bu, ukraynalıların qərarıdır, amma bir şeyi dəqiq deyə bilərəm – biz yenidən güc yolu ilə sülhü təsdiq edirik”, – deyə Conson vurğulayıb.

Onun sözlərinə görə, Tramp administrasiyası hər iki tərəfin – həm Rusiyanın, həm də Ukraynanın – ABŞ ilə əməkdaşlıq etməsini, xüsusilə də prezident Zelenskinin lazımi addımları atmasını istəyir.

“Prezident Tramp bu iki tərəfi sülhə gətirməyə çalışır. Prezident Zelenskinin Ağ Evdə etdikləri isə bizim üçün onun hələ buna hazır olmadığının siqnalı oldu və düşünürəm ki, bu, böyük bir məyusluqdur”, – deyə spiker bildirib.

Oval kabinetdə baş verən mübahisədən sonra isə Donald Tramp sosial şəbəkədə yazıb ki, “Zelenski hələ sülhə hazır deyil və o, yalnız hazır olanda geri qayıda bilər”, – yazmışdı.

Избранный
43
vaxt.az

1Источники