İsmayıllı şəhərində kirayə qaldığı evdə meyiti tapılan gənc tələbə olub.
Modern.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Rahib Elnur oğlu Əliyevin dəm qazından öldüyü güman edilir.
O, İsmayıllı Humanitar Kollecinin tələbəsi olub.
***
19:50
İsmayıllıda 18 yaşlı oğlan ölü tapılıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb.
Kirayədə yaşayan Ağdam rayon sakini, 2007-ci il təvəllüdlü Əliyev Rahib Elnur oğlu yaşadığı evin hamamında ölüb tapılıb.
Ölümün səbəbi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.