Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Suvon”la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Anton da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sona qədər oynayıb.
“Daejeon” bu nəticədən sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.