RU

Böyük Britaniya Kralı Zelenski ilə görüşdü -TRAMPLA BAĞLI MƏSLƏHƏT...

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Norfolkda yerləşən Sandrinqham malikanəsində Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.

 

“Sky News” xəbər verir ki, Zelenski Londondakı “Lancaster House”da Ukrayna ilə bağlı keçirilən sammitdən sonra helikopterlə Sandrinqham malikanəsinə uçub.

 

Ukrayna liderini Kral III Çarlz şəxsən qarşılayıb. Tərəflər qısa söhbət edib və media üçün birgə foto çəkdirib, daha sonra görüşmək üçün iqamətgaha daxil olublar.

“The New York Times”ın yaydığı məlumata görə isə Kral söhbət zamanı  Zelenskini ABŞ Prezidenti Donald Trampla münasibətlərini düzəltməyə çağırıb.

 

Xatırladaq ki, hər iki ölkənin prezidenti bir neçə gün əvvəl Ağ Evdən yayımlanan birbaşa efirdə böyük mübahisə yaşayıblar. Onarın sözlü savaşı dünya gündəminə çevrilib.

Избранный
91
4
senzor.az

5Источники