RU

Britaniya baş naziri Trampla görüşəcək

Böyük Britaniya Baş naziri Keyr Starmer Ukraynada nizamlanma planlarını müzakirə etmək üçün ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə o, Londonda keçirilən sammitdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz indi Amerika ilə işləməliyik. Ortaq planımız olana qədər birlikdə işləmək üçün çox yaxında Amerika prezidenti ilə görüşəcəyik", - Starmer bildirib.

O əlavə etdi ki, indi bütün dünyanı birləşdirmək anıdır.

Избранный
24
axar.az

1Источники