RU

A Seriyası: Paytaxt klubları turu qələbə ilə bitirib

Bakı, 3 mart, AZƏRTAC

İtaliya A Seriyasında 27-ci turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Roma” “Komo”nu 2:1, “Latsio” isə eyni hesabla “Milan”ı məğlub edib.

“Latsio” 50 xalla 4-cü, paytaxtın digər təmsilçisi “Roma” isə 43 xalla 8-ci pillədə qərarlaşıb.

Turnir cədvəlinə 58 xalla “İnter” başçılıq edir.

Избранный
58
21
azertag.az

10Источники