RU

Birləşmiş Ştatların neft ehtiyatları 430 mln. bareli ötdü  

ABŞ-də kommersiya neft ehtiyatları 4 633 min barel artaraq 432 493 min barel təşkil edib.

Parol.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 3 200 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Избранный
79
12
parol.az

10Источники