"Ukrayna ABŞ-la mineral sövdələşmə imzalamağa hazırdır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində deyib.
"Bizim siyasətimiz keçmişdə olanı davam etdirməkdir, biz konstruktivik. Əgər biz minerallarla bağlı saziş imzalamağa razılaşmışıqsa, onu imzalamağa hazırıq", - deyə o qeyd edib.