RU

Kanada Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Kanadanın baş naziri Castin Trüdo Londonda keçirilən Ukrayna sammitində Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb...

Poliqon xəbər verir ki, Kanada baş nazirinin mətbuat xidməti 10 nəfərin və 21 hüquqi şəxsin məhdudiyyətlərə məruz qalacağına aydınlıq gətirib.

“Sammit zamanı baş nazir Rusiyanın Ukraynadakı siyasi və hərbi məqsədlərini həyata keçirmək üçün üçüncü tərəf təşkilatlarına və ölkələrə güvənməsinə qarşı çıxmaq üçün 10 fiziki şəxsə və 21 quruma, o cümlədən yarımhərbi təşkilatlara və onların rəhbərlərinə qarşı yeni sanksiyalar elan edib”, deyə Baş Nazirliyin saytında yerləşdirilən bəyanatda deyilir.

Qeyd edilir ki, Kanada Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə əlaqəli 3000-dən çox şəxs və təşkilatı sanksiya siyahısına əlavə edib. Sanksiyaların yenilənmiş siyahısı Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Qeyd edək i, 2025-ci il fevralın 24-də Ottava sanksiya siyahısına 44 hüquqi, 33 fiziki şəxs və 109 gəmi əlavə edib ki, bu gəmilər Kanada hakimiyyətinin məlumatına görə, sanksiyaya məruz qalan yüklərin daşınması ilə məşğul olub. Məhdudiyyətlərə məruz qalan şəxslər arasında energetika naziri Sergey Tsivilev və müdafiə nazirinin müavini Anna Tsivileva, Primorsk diyarının qubernatoru Oleq Kojemyako və teleaparıcı Vladimir Pozner də var.

Poliqon.info

Избранный
42
1
poliqon.info

2Источники