Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Omanın Vekan kəndində əhali 3 saat yarım oruc tutur.Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb kəndin yerləşdiyi coğrafi mövqedir. Belə ki, Vekan kəndində günəş səhər 11-də çıxır, 14:30-da isə batır. Kənd əhalisinin əksər hissəsi orucunu şəfəq və günbatımına görə, bir qismi isə imsak və iftar saatları ilə tutur.