RU

Bakıdakı partlayış qaz sızmasından baş verib

Bakıda evdə partlayış olub.

Avtosfer.az xəbər verir ki, hadisə martın 2-də saat 04:15 radələrində Binə qəsəbəsi Xəqani küçəsində Cəmaləddin Qasımova məxsus həyət evində qeydə alınıb.

Mənzilin mətbəxində baş verən qaz sızması nəticəsində yaranan partlayışdan evin bir hissəsi yanıb.

Nəticədə C.Qasımov və ailə üzvləri xəsarət alıb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.

Избранный
27
7
avtosfer.az

8Источники