Avropa həmişə Amerika Birləşmiş Ştatlarının əlində alət olub və ona əmr olunanı edir.
Publika.az xəbər verir ki, bunu təqaüddə olan amerikalı kəşfiyyatçı Skott Ritter bildirib.
O bildirib ki, həmişə Avropa ölkələrinin nümayəndələrinə ABŞ-ın onların dostu olmadığını deyib.
“Avropa ölkələri onlara dediyimizi etmək üçün mövcuddur. Avropa ABŞ-ın alətidir. Bu silah bir məqsədə xidmət edir - qırılana qədər işləyir. O, qırılanda isə onu atıb yenisini axtarmağa başlayırıq”, - deyə Ritter bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri Ağ Evin təsiri altına düşdüyü onilliklər ərzində müstəqil olaraq hər hansı qərar qəbul etməyi və istənilən addımı atmağı unudublar.