Türkiyə Superliqasında 26-cı turun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, lider “Qalatasaray” “Kasımpaşa” səfərində xal itirib.
“Cim-Bom” matçda 3:3-lük bərabərliklə ayrılıb.
“Beşiktaş” doğma meydanda “Kayserispor”la üz-üzə gəlib və 2:0 hesablı qələbəyə sevinib.
“Fənərbaxça” isə “Antalyaspor”u darmadağın edib -3:0.
Qeyd edək ki, “Qalatasaray” 65 xalla birinci, “Fənərbaxça” 61 xalla ikinci, “Beşiktaş” isə 44 xalla 4-cüdür.