RU

Conson: Zelenski özünü toparlayıb danışıqlara qayıtmalıdır

Ukrayna Prezidenti Vladimir Zelenski minnətdarlıq əlaməti olaraq özünü toparlayıb, danışıqlar masası arxasına qayıtmalıdır, ya da başqası ölkəyə rəhbərlik etməlidir ki, Kiyev ABŞ-la danışıqlar zamanı əldə olunan sülh razılaşmasını həyata keçirməyə davam etsin.

Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

"Prezident Tramp bu iki tərəfi sülhə gətirməyə çalışır. Prezident Zelenskinin Ağ Evdə etdikləri əslində bizə onun hələ buna hazır olmadığına dair bir siqnal idi və məncə, bu, böyük məyusluqdur.

Tramp bunu çox açıq şəkildə ifadə edib - Zelenski sülhə hazırdırsa, onda biz razılığa gələ bilərik",- o bildirib.
Избранный
32
1
sherg.az

2Источники