RU

Tarixin ən pis ili: Alim o anı açıqladı

Tarixdə “ən pis il” adlandırılan 536-cı ildə baş verən iqlim fəlakəti sivilizasiyalara ağır zərbə vurdu.

QHT.az xəbər verir ki, bu barədə amerikalı təkamülçü bioloq Skott Travers yazır. O dövrün yazılı qeydlərində Roma və Çin müəllifləri dəhşətli, rəngsiz səmanı, tez-tez yağan qarları və kütləvi qıtlığı təsvir edirdilər. Müasir elmi araşdırmalar göstərir ki, 536-cı ildə güclü vulkan püskürmələri nəticəsində atmosferə yayılan sulfat günəş işığını blokladı, temperatur 2°C azaldı, məhsul qıtlığı və ekosistemlərdə ciddi pozuntular yarandı. İrlandiya salnamələri üç il çörəksiz dövrü qeyd edirdi. Quşların miqrasiyası, həşərat populyasiyaları və qida zəncirləri pozuldu. 541-ci ildə isə Şərqi Roma İmperiyasında başlayan Yustinian vəbası 100 milyon insanın həyatına son qoydu.

Bu iqlim kataklizmi krallıqların süqutuna, iqtisadi böhranlara və sosial dəyişikliklərə səbəb oldu. Bəzi sivilizasiyalar məhv olsa da, digərləri yeni reallığa uyğunlaşaraq mövqelərini möhkəmləndirdi.

 

R.İmanov

Избранный
52
qht.az

1Источники