RU

“Milan” evində uduzdu

İtaliya A Seriyasının 27-ci turunda “Milan” “San Siro” stadionunda “Latsio” ilə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, turun maraqla gözlənilən qarşılaşmasından “rossionerlər” azarkeşlərini məyus edib.

Matçda hesabı 28-ci dəqiqədə Zakkaninin vurduğu qolla qonaqlar açıb. 87-ci dəqiqədə “Milan” Samuel Çukvueze ilə hesabı bərabərləşdirsə də, 90+8-də Pedro penalti qolu ilə romalıların qələbəsini təmin edib. 67-ci dəqiqədə Pavloviç qırmızı vərəqə alaraq, meydan sahiblərini 1 nəfər azlıqda qoyub.

Bu nəticə ilə “Latsio” xallarının sayını 50-yə yüksəldib. “Milan” isə 41 xalda qalıb.

 


Telegram kanalımız
Избранный
51
yenisabah.az

1Источники