RU

Zelenski Trampla münasibətləri xilas edə biləcəyinə inanır

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdəki qalmaqallı görüşdən sonra ABŞ prezidenti Donald Trampla münasibətlərini xilas edə biləcəyinə hələ də inanır...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Ukrayna lideri danışıqların bağlı qapılar arxasında davam etdirilməsini vacib hesab edir.

Londonda Avropa liderləri ilə keçirilən sammitdən sonra jurnalistlərə açıqlama verən Zelenski ABŞ-nin Ukraynaya yardımını dayandırmayacağına inandığını deyib. Zelenski əminliyini ifadə edib ki, Birləşmiş Ştatlar “sivil dünyanın lideri kimi Rusiya diktatoru Vladimir Putinə” kömək etmək niyyətində deyil. Eyni zamanda, prezident yarana biləcək hər bir çətinliyə hazır olduğunu da bildirib.

“Münasibətləri xilas etməyə gəlincə, düşünürəm ki, əlaqələrimiz davam edəcək... Bu cür müzakirələrin tam açıq olmasını düzgün hesab etmirəm. Baş verənlərin formatı, məncə, tərəfdaşlar kimi, bizə müsbət və ya əlavə heç nə gətirmədi”, deyə Zelenski jurnalistlərə bildirib.

Ukrayna prezidenti həmçinin əlavə edib ki, hələ də təklif olunan mineral sövdələşməni imzalamağa hazırdır. Ukrayna liderinin sözlərinə görə, ABŞ-də buna hazır olacaq.

Poliqon.info

Избранный
30
50
poliqon.info

10Источники