RU

Oruc tutanların nəzərinə: Bu 10 məqama mütləq diqqət edin 

  Martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Bu il Qədr (Əhya) gecələri martın 18-i, 20-si, 22-si və 26-sına təsadüf edəcək. 30-31 Mart tarixlərində isə Ramazan bayramı qeyd olunacaq.

Mütəxəssislər bir ay boyunca oruc tutacaq şəxslərin imsak və iftar saatlarında qəbul edəcəkləri qidaları diqqətlə seçmələrini məsləhət görürlər. İmsakda yeyilən yeməklər oruclu şəxsin iftar saatına kimi gün ərzində enerjisini qoruması və sağlamlığına zərər verməməsi baxımından önəmlidir. Bu müddət ərzində qandakı şəkərin miqdarına diqqət edilməli, təzyiq nəzarətdə saxlanılmalıdır. Həmçinin iftarda yeyilən yeməklər və imsaka qədər müddətdə qəbul edilən qidaların da diqqətlə seçilməsi vacibdir.

Referans.az Ramazan ayında oruc tutan şəxslərin nəzərə almalı olduğu 10 vacib nüansı təqdim edir.

1)Oruc tutacaq şəxslər mütləq səhər imsaka oyanmalı, qida qəbul etmədən günə başlamamalıdır;

2)İftar ilə imsak arasındakı müddətdə bol su içilməli, orqanizmin gün ərzində ehtiyac duyduğu miqdarda maye qəbul edilməlidir;

3)Çay və kofe bədənin su sərfiyyatını gücləndirir. Maye olaraq qeyd olunan iki içki də suyu əvəz edə bilməz. İçilən hər bir fincan kofe və ya çay üçün əlavə bir stəkan su qəbul edilməlidir;

4)İftar yeməyinə mütləq ilkin olaraq şorba ilə başlanılmalıdır. Daha sonra 15-20 dəqiqə fasilə verildikdən sonra digər yeməklər qəbul edilə bilər;

5)Gün ərzində boş qalan mədənin iftarda yeyilənləri həzm edə bilməsi üçün yeməyin hansı şəkildə bişirilməsi vacibdir. Məsələn, bir kiloqram civarında tərəvəz yeməyi üçün iki xörək qaşığı maye yağ istifadə edilməlidir. Burada zeytun yağına üstünlük verilməsi daha yaxşı olar;

6)Ət yeməkləri əsasən yağsız tavada qızartma, sobada birişirilmə, yaxud soyutma şəklində hazırlanmalıdır. Ətlər yağ əlavə edilmədən öz yağında bişməlidir;

7)Həm imsakda, həm də iftarda duzdan istifadə mütləq az olmalıdır. Çox duzlu olan ərzaqlar, yeməklər suda qaynadılaraq təmizlənməlidir. Çünki çox duz yemək ödəmə və susuzluğa səbəb olur;

8)İftardan bir-iki saat sonra meyvə və ceviz kimi qidalar qəbul edilə bilər. Həftənin iki günü bunun əvəzinə südlü şirniyyatlar da yeyilə bilər;

9)İmsak və iftarda yemək süfrəsində olduğunuz zaman bir az uzadılmalıdır. Çünki yeməkləri sürətli şəkildə yeyib, masadan qalxmağa çalışarkən qəbul edilən qida lazımı şəkildə çeynənilmir. Nəticədə isə həzm problemi yaranır;

10)Gün ərzində bir şüşə mineral suyun içilməsi bədənin mineral itkilərinin bərpası baxımından faydalı ola bilər.

Allah tutulan orucları qəbul etsin!//globalinfo.az


Избранный
42
referans.az

1Источники