
“Ulusum”.az-ın məlumatina görə, Böyük Britaniyanın baş naziri Key Starmer BBC-yə müsahibəsində deyib ki, Ukraynada davamlı sülh yalnız üç əsas amil mövcud olduqda mümkündür: güclü Ukrayna ordusu, Avropanın təhlükəsizlik zəmanəti və ABŞ-ın dəstəyi. Siyasətçi vurğulayıb ki, bu məsələni dünya liderləri, o cümlədən Ukrayna, ABŞ və Fransa prezidentləri ilə müzakirə edib.Böyük Britaniyanın baş naziri əlavə edib ki, dağılacaq bir razılaşma əldə edilə bilməz və bu, Zelenskinin də narahatlıq duyduğu məsələlərdəndir.Danışıqlar Britaniya, Fransa və ola bilsin ki, bir neçə başqa ölkənin döyüşlərə son qoymaq planı üzərində birgə işləməsi ilə nəticələndi. Hazırlanandan sonra sənəd Amerika tərəfinə təqdim olunacaq.Baş nazir Rusiya ilə Ukrayna arasında mümkün təmas xətti ilə bağlı suala konkret cavab verməkdən yayınıb. O, bu mövzunun gələcək danışıqların predmeti olaraq qalacağını qeyd edib.
Diqqət Çəkənlər
Amerikada Xocalı Soyqırımı: Azərbayacanlılar Tarixi Yaşadır
İtlər üçün qocalma əleyhinə həblər icad edilib
Starmer Zelenski ilə qalmaqaldan sonra görüşüb