RU

8 həftə hər gün qoz yesəniz...

Qoz insan sağlamlığına çox faydalıdır. Qoz beyin sağlamlığına kömək edərək yaddaşı gücləndirən təsirə malikdir. Ürək sağlamlığını qoruyan omega-3 yağ turşuları və antioksidantlar baxımından zəngindir. Xərçənglə mübarizəsi ilə nömrə bir olan qoz, çəkiyə nəzarəti təmin edir və şəkərli diabet üçün faydalıdır.

 

Pravda.az xatırladır ki, qoz mis, fol turşusu, fosfor, B6 vitamini, manqan və E vitamini kimi vitamin və minerallar ehtiva edir. Ürək xəstəliyi riskini azaldır, bağırsaq sağlamlığını qoruyur. Qoz qan təzyiqini aşağı salır və sperma keyfiyyətini artıraraq reproduktiv sağlamlığı dəstəkləyir.

 

Beyin sağlamlığını qoruyur: Qozdakı omega-3 yağ turşuları və yüksək antioksidantlar beynin daha funksional şəkildə işləməsinə müsbət təsir göstərir. Sağlam yağ turşuları, antioksidantlar, polifenollar və E vitamini beyindəki iltihabın qarşısını alır, xüsusilə yaddaş problemlərini aradan qaldırmağa kömək edir və Alzheimer xəstəliyinə tutulma riskini azaldır.

 

Ürək sağlamlığını qorumağa kömək edir: Qoz və qoz yağındakı yağların çoxu, alfa-linolenik turşusu adlı omega-3 yağ turşusunu ehtiva edir. Bu yağ qrupu gündəlik qida rasionunun bir hissəsi olaraq istehlak edildikdə, ürək xəstəliyi riskini azaltdığı görülüb.

 

Bağırsaq sağlamlığını dəstəkləyir: Qoz həzm sistemindəki mikroorqanizmalardan ibarət bağırsaq mikrobiyomunu müsbət təsir edərək bağırsaq sağlamlığına fayda verir. Təxminən səkkiz həftə ərzində hər gün qoz yemək, bağırsaq sağlamlığında vacib komponentlər olan probiyotikləri əhəmiyyətli dərəcədə artırır.

 

Xərçəng riskini azalda bilər: Güclü antioksidantlar olan polifenol ehtiva etdiyi üçün qoz istehlakı xüsusilə süd vəziləri və prostat xərçəngi kimi xəstəliklərin riskini azalda bilər.

 

Sperma canlılığını artırıcı təsiri var: Qoz sperma qişalarındakı oksidatif zərəri azaldaraq sperma keyfiyyətinin artmasına kömək edə bilər.

 

Depresiyaya qarşı təsirlidir: Yetərsiz miqdarda omega-3 yağ turşuları  hiperaktivlik və əsəbiliyə səbəb ola bilər. Qoz istehlakı ilə depressiyanın təsirlərini azaltmaq mümkündür.

 

Yuxunu yaxşılaşdırır: Qoz yuxunu tənzimləyən melatonin hormonu istehsal edir. Qoz istehlakı melatonin hormonunun istehsalına kömək edir və yuxusuzluğu azalda bilər.

 

Şəkərli diyabet riskini azaldır: Qozdakı karbonhidrat miqdarı azdır və çoxlu doymamış yağlar, liflər və zülallar ehtiva edir. Bu üç qida maddəsi insanın toxluq hissini artıraraq qan şəkərinin sürətlə artmasının qarşısını alır. Bu xüsusiyyətləri ilə qoz istehlakı diyabet riskini azaldır.

 

Qan təzyiqini aşağı salır: Qoz yüksək təzyiqi olan şəxslərdə qan təzyiqini aşağı salır.

 

Dəri sağlamlığını qoruyur: Qozdakı E və F vitamini dərinin zərərli maddələrdən qorunmasına kömək edir və qırışların qarşısını alır.

 

Xatırlatma: Həddindən artıq qoz istehlakı çəki alımına səbəb ola bilər və bəzi şəxslərdə böyrək daşına yol aça bilər. Həmçinin, bəzi insanlarda allergik reaksiyalara da səbəb ola bilər. Allergiyası olan şəxslərin qoz istehlak edərkən həkimə müraciət etməyi tövsiyə olunandır.

 

Əminə Bayramova

Tarix: 3 Mart 2025, 10:07   
Избранный
54
pravda.az

1Источники