RU

ABL: IV dövrə başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında XVI tur start götürəcək.

Fanat.Az xəbər verir ki, IV dövrənin ilk günündə iki matç keçiriləcək.

Hər iki görüş A qrupunda baş tutacaq. Çempionatın liderləri səfər görüşlərinə çıxacaq. Belə ki, 

“Naxçıvan” “Neftçi” ilə görüşəcək. “Sabah” isə “Sərhədçi” ilə qarşılaşacaq. "Neftçi" Bakı İdman Sarayında "Naxçıvan"la, "Sərhədçi" isə Sərhədçi İdman Mərkəzində "Sabah"la üz-üzə gələcək. Hər iki görüş saat 19:00-da start götürəcək.

26 xalı olan Naxçıvan təmsilçisi liderdir. Eyni xala malik "Sabah" ikincidir. "Neftçi" 22 xalla üçüncü, "Sərhədçi" 21 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
 

Избранный
46
3
fanat.az

4Источники