RU

Restoran və ona bitişik fitnes klub yanıb - YENİ MƏLUMAT

Xəbər verildiyi kimi, ötən gecə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində (Faxralı restoranı - red) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Marja xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.

Избранный
65
5
marja.az

10Источники