Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında görüşə hazırlıq sürətləndirilmiş templə davam edir.
Redaktor.az bu barədə CNN-ə istinadla xəbər verir.
“Hər zaman gündəmdə olan Tramp-Putin sammitinə hazırlığın indi sürətləndiriləcəyi ilə bağlı özəl söz-söhbətlər var”, - deyə telekanal bildirib.
Təcrübəli diplomatik müşahidəçilər üçün, ABŞ Prezidentinin Oval kabinetdə Vladimir Zelenski ilə mübahisəsi Tramp administrasiyası tərəfindən Ukrayna liderini gözdən salmaq üçün qurulmuş tələ hesab olunur.
Aytəkin TOFİQQIZI