İngiltərə Federasiya Kubokunun (FA) 5-ci turunda “Mançester Yunayted” “Fulhem”lə qarşılaşıb. “Old Trafford”da baş tutan matçda gözlənilməz nəticə qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, qonaqlar ilk hissəyə əlavə edilmiş 1-ci dəqiqədə Bassinin qolu ilə hesabda önə keçib. “Qırmızı şeytanlar” 71-ci dəqiqədə kapitan Bruno Fernandesin qolu ilə hesaba tarazlıq gətirib.
Oyunda başqa qol olmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada isə “Fulhem”in futbolçuları daha sərrast olub və 4-3 hesablı qələbə qazanıb. Bu nəticə ilə “mankuniyanlar” gözlənilməz şəkildə Federasiya Kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, Federasiya Kubokunu 13 dəfə olmaqla ən çox qazanan klub məhz “Mançester Yunayted”dir.
Telegram kanalımız