RU

Cavad Zərifin istefasının detalları məlum oldu YENİLƏNİB

İran prezidentinin strateji məsələlər üzrə köməkçisi Məhəmməd Cavad Zərif, İslam Respublikasının məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Əjhayi ilə görüşdən sonra istefa vermək qərarına gəldiyini açıqlayıb.

Bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Dünən məni çox hörmətli məhkəmə hakimiyyətinin rəhbəri görüşə dəvət etdi. O, ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, hökumətə qarşı təzyiqlərin artmasının qarşısını almaq üçün universitetə (müəllimliyə) qayıtmağı tövsiyə etdi", - deyə Zərif bildirib.

O, Prezident Məsud Pezeşkianı dəstəkləməkdən qürur duyduğunu və ona, eləcə də xalqın xidmətçilərinə uğurlar arzuladığını bildirib.

Zərifin sözlərinə görə, son altı ay ərzində böhtan, təhqir və təhdidlərlə üzləşib, lakin ölkəsinə xidmət etməyə davam edib.

Qeyd edək ki, bu, Zərifin hazırkı İran hökuməti dövründə ikinci istefa cəhdi olub. İlk dəfə o, avqustun 11-də - vəzifəyə təyin olunduqdan cəmi on gün sonra istefa ərizəsi təqdim edib. O zaman Zərif qərarını "öz işindən narazılığı" ilə izah etmişdi. O, Pezeşkianın prezident seçilməsindən sonra yaradılan və yeni Nazirlər Kabinetinə namizədləri seçməkdən məsul olan məsləhət şurasının rəhbəri kimi fəaliyyətindən narazı olduğunu bildirmişdi. Lakin həmin vaxt prezident onun istefasını qəbul etməmiş və onu vəzifədə qalmağa razı salmışdı. (Oxu.Az)

09:25

İranın iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

Избранный
34
xezerxeber.az

1Источники