Bakı. Trend:
Alimentin ödənilməsi sahəsindəki mövcud boşluqlar nəzərəalınaraq bu sahədə məhkəmə qərarlarının icrası metodlarınıntəkmilləşdirilməsi, habelə Ombudsmanın əvvəlki illik məruzələrindədə irəli sürdüyü təkliflər nəzərə alınmaqla alimentin ödənilməsinəvahid dövlət nəzarət mexanizminin yaradılması zəruridir.
Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, aidiyyəti qurumlar tərəfindən dahahəssas və operativ yanaşmanın nümayiş etdirilməsinə, münaqişəliailələrlə aparılan profilaktiki işlərin daha da gücləndirilməsinəehtiyac var.