RU

Rusiyanın qonşulara münasibəti: ən yaxşı Belarus, ən pis Ukrayna

Yazını böyüt
Yazını kiçilt

Rusiya Milli Rabitə İnkişafı Tədqiqat İnstitutunun illik hesabatına görə, Moskva son bir ildə nə köhnə dostlarını itirib, nə də yeni düşmənlər qazanıb.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, iqtisadi, mədəni, elmi əlaqələr, BMT-dəki səslər, rus dilinə münasibət kimi onlarla parametrə əsasən ölkələr arasında ünsiyyət davam edir. Bildirilib ki, dostluq münasibətlərində iqtisadi amillər getdikcə daha çox həlledici olsa da, Rusiya ilə ünsiyyəti ən problemli olan ölkələrdə sosial dinamika daha təsirlidir.

Rusiyaya ən dost olan ölkələr arasında, Moskvanın təbirincə desək, iki separatçı bölgə olan Cənubi Osetiya (94,8 bal), Belarus (88,6 bal) və daha bir separatçı bölgə Abxaziya (75,9 bal) liderlik edir. Qırğızıstan (65,2 bal) və Qazaxıstan (63,7 bal) da siyahıya daxildir. Türkmənistan və Abxaziyanın reytinqləri bir qədər gerilədiyi halda, Gürcüstan “qismən dost” ölkələr sırasında tək olub.

Digər tərəfdən, Ukrayna (-98,5 bal) ən düşmən ölkə kimi sıralanıb, Estoniya (-88,9), Latviya (-84,5), Litva (-82,9) və Moldova (-25,3) sonrakı yerləri bölüşüb. Bununla belə, hesabatda 2025-ci ildə dəyişə biləcək bəzi inkişafların yer almadığı, xüsusən də Rusiyanın Azərbaycanla böhranı və ABŞ-la başlayan danışıqlar prosesinin gələn ilin reytinqinə təsir edə biləcəyi bildirilir.

Rusiya rəsmiləri bu hesabatın xarici siyasət strategiyalarında praktiki bələdçi olduğunu və Rusiyanın beynəlxalq əlaqələrinin formalaşmasında istifadə oluna biləcəyini vurğulayıblar. Regional və mədəni əlaqələrə cavabdeh olan Kreml rəsmiləri bildirirlər ki, tədqiqat təkcə Rusiya üçün deyil, həm də qonşu ölkələr və strateji tərəfdaşlar üçün mühüm istinad mənbəyi ola bilər.

Избранный
21
hafta.az

1Источники