RU

Bu, saxta boşanmaların sayını artıra bilər - Deputat

Aliment Fondunun yaradılması saxta boşanmaların sayını artıra bilər.

Axar.az xəbər verir ki, bu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, insanlar bəzən bundan sui-istifadə edəcək.

Komitə sədri həmçinin bildirib ki, Suriyada əsir düşərgələrində girovluqda saxlanılan, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılması son dərəcə xeyirxah, və ağır problemin həlli deməkdir:

"Suriyada hakimiyyət dəyişikliyi, Türkiyədə regionda artan gücü, Dəməşqdə səfirliyimizin açılması gələcəkdə vətəndaşlarımızın belə avantürüst əməliyaytlarda iştirakına imkan verməyəcək”.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Избранный
46
axar.az

1Источники