Bakı. Trend:
2024-cü ildə bəzi müəssisələrdə saxlanılan şəxslərin videogörüşkeçirmək hüququ ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq edildiyimüəyyən olunub ki, bunun da səbəbləri kimi bəzi hallardavideogörüşlərin sosial şəbəkələrdə yerləşdirilməsi, digər hallardaisə texniki imkanların məhdud olması göstərilib.
Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Ombudsman “Həbs yerlərində saxlanılan şəxslərin hüquq vəazadlıqlarının təmin edilməsi haqqında” Qanunda müvafiq dəyişiklikedilməklə tutulmuş və həbs edilmiş şəxslərin də yaxınları iləvideogörüş keçirmək hüququnun təsbit edilməsini təklif edib.