RU

Dəm qazı 38 yaşlı qadının həyatına son qoydu


Mingəçevir şəhərində 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Yeniavaz.com
xəbər verir ki, hadisə şəhərin Rəsul Rza küçəsindəki mənzildə qeydə alınıb.
Belə ki, Gülnar Əlizadə adlı şəhər sakini hamam otağında dəm qazından zəhərlənib. Təcili tibbi yardıma müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir
Избранный
23
yeniavaz.com

1Источники