RU

Bu ölkədə "Bolt" və "Maxim"-in sürücüləri etiraz aksiyası keçirdi

Gürcüstanın paytaxtı Tbilisidə "Bolt", "Yandex" və "Maxim" şirkətlərinin taksi sürücüləri etiraz aksiyası keçirib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, sürücülər rəhbərlikdən iş şəraitinin yaxşılaşdırılmasını tələb edir və onların yerinə əcnəbi vətəndaşların gəldiyini iddia edirlər.

"Onlar heç bir sənədi olmadan müxtəlif ölkələrdən sürücüləri işə götürürlər. Onların nə gürcü sürücülük vəsiqəsi, nə də cinayəti olmadığına dair arayış var. Bu da qlobal problem yaradır və müştərilərimiz üçün təhlükədir. Bu, istifadəçilərin bizə olan inamına təsir edib", - deyə işçilər bildirib.

Eyni zamanda qeyd ediblər ki, əcnəbilər çox vaxt müştərilərin ünvanlarını tapa bilmirlər və yol hərəkəti qaydalarına bələd deyillər.


Избранный
71
soz.az

1Источники