RU

Tramp Rusiyanın maraqları üçün "vuruşur"- ÖZƏL

"Artıq şübhə yoxdur ki, Donald Tramp göründüyü və dediyi kimi Amerikanın yox, Rusiyanın maraqlarının qulu, Putinin tapşırıqlarının icraçısıdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar dadaşov deyib: "Donald Trampın hələ keçən əsrin 80 - ci illərində Rusiya (Sovet) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa (verbovka) cəlb edilməsi barədə tutarlı sübutlar ortadadır. Vensin də hələ gənclik dövründən SSRİ-yə sevgisi, ruslarla ələqəsi danılmaz faktdır. Trampın artıq gizlətmədiyi şəkildə Rusiya maraqları üçün "vuruşması" onun Rusiya tərəfindən şantaj edildiyinə də inamı artırır. Ancaq, bu da həqiqətdir ki, Tramp Putin üçün qeyri stabilliyi ilə narahat fiqurdur. 

Şübhə yoxdur ki, Tramp Zelenskini Putinin istəklərinə tam uyğun formada atəşkəsə məcbur edə bilsəydi, əslində elə bu atəşkəs razılaşması faktiki Ukraynanın tam kapitulyasiyasının rəsmiləşməsi olardı. Çox maraqlı faktlardan biri də budur ki, əgər Zelenski Trampın təzyiq və təhdidləri ilə Putinin istədiyi razılaşmaya getsəydi, Ukraynanın nadir təbii ehtiyatları ABŞ-ın, daha doğrusu Trampın istismarına keçəcəkdi. Məlumatlar var ki, Ukraynanın təbii nadir metal ehtiyatlarının istismarı Trampa yaxın kapitalistlər və ona aid şirkətlər arasında bölüşdürülüb. Yeri gəlmişkən, məhz Ukraynanın təbii ehtiyatlarının istismarı ilə bağlı da İlon Mask və Tramp arasında fikir ayrılığı yaranıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
47
olaylar.az

1Источники