RU

Azərbaycan futzal millisinin Yunanıstanla oyun üçün heyəti açıqlanıb

Bakı, 3 mart, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin AVRO-2026-nın əsas mərhələsində Afinada Yunanıstan yığmasına qarşı keçiriləcək oyun üçün heyəti açıqlanıb.

Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, təlim-məşq toplanışına başlayan yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 16 oyunçu dəvət edilib. Martın 8-dək Bakıda hazırlıq keçəcək milli komanda səfərə martın 9-da çıxacaq.

Millinin heyəti: 1. Emin Kürdov “Araz-Naxçıvan”, 2. Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), 3. Novruz Kazıxanov (“Araz-Naxçıvan”), 4. Emil Həsənzadə (“Neftçi İK”), 5. Xəzər Ağalızadə (“Araz-Naxçıvan”), 6. Tofiq Mikayılov (“Baku Fire”), 7. Kənan Manafov (“Baku Fire”), 8. Oktay Rüstəmli (“Baku Fire”), 9. Nihad İsmayılov (“Baku Fire”), 10. Fərid Atakişiyev (“Neftçi İK”), 11. Ülvi Əliyev (“Araz-Naxçıvan”), 12 Eldar Zeynalov (“Neftçi İK”), 13. Seymur Məmmədov (Klubsuz), 14. Nurlan Mehdizadə (“Baku Fire”), 15. Kamran Hacıyev (“Baku Fire”), 16. Murad Quluzadə (“Baku Fire”).

Qeyd edək ki, martın 11-də keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Избранный
27
3
azertag.az

4Источники