Türkiyənin 54 vilayətində əməliyyat keçirilib,334 nəfər saxlanılıb.
Türkiyənin 54 vilayətində həyata keçirilən “HÜCRE-15” əməliyyatında 334 şübhəli saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
"Keçən həftə 54 vilayətdə "HÜCRE-15" əməliyyatı keçirilib. Nəticədə 334 şübhəli saxlanılıb. Onlardan123-ü həbs olunub. Digərləri ilə bağlı prosedurlar davam edir. Ölkəmizin təhlükəsizliyinə təhdid, cinayətkar qruplaşmalara qarşı mübarizəmiz davam edir", - deyə türkiyəli nazir paylaşımda qeyd edib.