RU

Sülh üçün mümkün yollar nəzərdən keçirilib

Sülh

Rusiya Ukraynada hava bombardmanlarını dayandırarsa, bu, danışıqlar üçün başlanğıc ola bilər.

Reyting.az
xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bazar günü Avropa liderlərinin Londonda keçirilən sammitindən sonra deyib.

Onun sözlərinə görə, liderlər görüş zamanı Ukraynaya davam edən siyasi, maliyyə və hərbi dəstəklərini təsdiqləyiblər, eyni zamanda atəşkəs və uzunmüddətli sülh üçün mümkün diplomatik yolları müzakirə ediblər.

"Biz necə irəliləyəcəyimiz barədə də danışdıq. Bombardmanların dayandırılması, istər hava hücumlarına, istərsə də dənizdəki vəziyyətə aid olması çox faydalı olardı. Bu, daha sonra davam etdiriləcək danışıqlar üçün başlanğıc nöqtəsi ola bilər", - Almaniya kansleri deyib.

E. KAMAL

Избранный
70
reyting.az

1Источники