Futzal üzrə millimiz AÇ-2026-nın əsas mərhələsi çərçivəsində Yunanıstanla oyun üçün təlim-məşq toplanışına başlayıb.
"Football-plus.az" xəbər verir ki, bu gündən etibarən futzalçılarımız martın 8-dək Bakıda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Millimiz səfərə martın 9-da çıxacaq.
Komanda martın 11-də, saat 21:00-da Afinada Yunanıstanla qarşılaşacaq.
Millimizin toplanış üçün heyəti:
Emin Kürdov (Araz-Naxçıvan), Rövşən Hüseynli ("Astana", Qazaxıstan), Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov (hamısı "Neftçi"), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Kamran Hacıyev, Murad Quluzadə (hamısı "Baku Fire"), Seymur Məmmədov (klubsuz).
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта